Modern.az

Yunanıstanda Gürcüstan vətəndaşına 290 il həbs cəzası verildi

Yunanıstanda Gürcüstan vətəndaşına 290 il həbs cəzası verildi

Dünya

15 Noyabr 2018, 21:30

Saloniki məhkəməsi Gürcüstan vətəndaşının miqrantları qeyri-qanuni daşıdığına görə 290 il müddətinə həbs edilməsi ilə bağlı qərar çıxarıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, miqrantları daşıyan cinayətkar qrup iraqlı miqrantın ölümü ilə nəticələnən avtomobil qəzası zamanı saxlanılıb. Qrup doqquz dəfə miqrantları Türkiyədən Yunanıstanın Saloniki və Afina şəhərlərinə qeyri-qanuni yolla daşıyıb.

 

Cinayətkar qrupun rəhbəri olan Gürcüstan vətəndaşı 290 il, onunla əlbir olan yunanıstanlı 69 il, moldovalı isə 36 il həbs cəzası alıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?