Modern.az

“Gələn il keçiriləcək imtahanlarda ciddi dəyişikliklər olacaq”

“Gələn il keçiriləcək imtahanlarda ciddi dəyişikliklər olacaq”

17 Noyabr 2018, 10:58

Gələn il Dövlət İmtahan Mərkəzi (DİM) üçün gərgin keçəcək. Çünki gələn il keçiriləcək imtahanlarda ciddi dəyişikliklər olacaq.

 

Modern.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti" mövzusunda konfransda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, 2018-ci ilin 10 ayı ərzində 641 min 517 iştirakçı imtahanda olub: "18603 nəfər qabiliyyət imtahanlarında iştirak edib. 48309 nəfər ictimaiyyət nümayəndəsi imtahan prosesini idarə etmək üçün DİM tərəfindən dəvət olunub. 2367 nəfər ekspert, marker qismində imtahanın məzmunu ilə bağlı işləri həyata keçirmək üçün cəlb olunub. Bu əməkdaşlar və mütəxəssislər hüquq-mühafizə, icra hakimiyyəti və digər dövlət orqanlarını, elm və təhsil müəssisələrini təmsil edir və DİM-in əməkdaşları ilə çiyin-çiyinə imtahanların həyata keçirilməsinə öz töhfələrini verirlər”.

 

M.Abbaszadə qeyd edib ki, beynəlxalq qiymətləndirmələrin nəticələri və orada istifadə edilən alətlər öyrənilir. "Buna etməyimizə səbəb istifadəçilərə verilən sualların müasir dövrə uyğun olması ilə bağlıdır".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir