Modern.az

Azərbaycanda təhsil xərcləri artırılır  

Azərbaycanda təhsil xərcləri artırılır   

27 Noyabr 2018, 12:55

Azərbaycanda təhsil xərcləri artırıldı. Modern.az-ın məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

Nazir bildirib ki, 2019-2020-ci tədris ilindən başlayaraq ölkə üzrə ali təhsil alanlar üzrə dövlət sifarişi ilə təhsil alanların xüsusi çəkisinin təxminən 20 faiz artırılması və digər təhsil tədbirləri üçün əlavə olaraq 11 milyon manatın ayrılması nəzərdə tutulur.

Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin təhsil sektoru üzrə xərcləri 2 milyard 274 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu.

Nazir onu da deyib ki, bəzi zəruri məsələlərin müsbət həlli istiqamətində təkliflər hazırlanıb.

“Bütövlükdə irəli sürülən təkliflərin məcmu maliyyə tutumu 610 milyon manatdır. Artımın əsas hissəsi sosial təminatlı layihələrin maliyyələşməsinə yönəldiləcək”.

Nazir bildirib ki, məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün 2019-cü ildə Dövlət Neft Fondunun büdcəsində 200 milyondan artıq əlavə vəsatin ayrılması nəzərdə tutulub.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir