Modern.az

Polis camaat qarşısında Qurana and içdi - Rüşvət ALMAYACAQ...

Polis camaat qarşısında Qurana and içdi - Rüşvət ALMAYACAQ...

Dünya

9 Dekabr 2018, 14:42

Özbəkistanın Daşkənd vilayətinin Yukoriçirçik rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları ictimaiyyət qarşısında rüşvət almayacaqlarına dair Qurana and içiblər.



Bu barədə Modern.az "Azadlıq" radiosunun Özbəkistan üzrə bürosu "Radio Ozodlik"ə istinadən xəbər verir.



Beləliklə, Özbəkistanda prezident Şavkat Mirziyoyevun təsdiq etdiyi "Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Proqramı" yerinə yetirilir. Rayonun yerli milisinin sözlərinə görə, tədbirdə rayonun baş imamı da iştirak edib.



Ruhani və növbətçi hissənin inspektoru andiçmə mərasimini şərh etməkdən imtina edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır