Modern.az

Ermənistanda seçki məntəqəsində qanunsuzluq aşkarlandı - səsvermə dayandırıldı  

Ermənistanda seçki məntəqəsində qanunsuzluq aşkarlandı - səsvermə dayandırıldı   

Dünya

9 Dekabr 2018, 15:30

Ermənistanda növbədənkənar parlament seçkilərində bir sıra qanun pozuntuları qeydə alınıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Loriysk vilayətinin 22/26 seçki məntəqəsində Nikol Paşinyanın rəhbəri olduğu blokun bülletenləri gətirilməyib. Buna görə də seçki məntəqəsində səsvermə dayandırılıb.

Bildirilir ki, növbədənkənar parlament seçkilərində səsvermə zamanı pozuntuların olması barədə yeni xəbərdarlıq siqnalları gəlməyə başlayır.

Məlum olub ki, Razdanda, 26/14 seçki məntəqəsində müşahidə kameraları işləmir. 13/2 seçki məntəqəsində isə yaxasında bəcik olan naməlum şəxs səsvermə otağına yaşlı adamla daxil olub. 

Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 9 partiya və 2 blok qeydə alıb. Səsvermə 20:00-dək davam edəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər