Modern.az

Messi 15 milyon dollara təyyarə aldı - FOTO

Messi 15 milyon dollara təyyarə aldı - FOTO

Aktual

9 Dekabr 2018, 16:09

"Barselona"nın futbolçusu Lionel Messi şəxsi təyyarə alıb.

 

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Argentinanın "Doble Amarilla" saytı məlumat yayıb.

 

Məlumata görə, argentinalı futbolçu "2004 Gulfstream V" təyyarəsi üçün 15 milyon dollar ödəyib. 16 oturacaqlı lüks təyyarədə 2 hamam otağı və 2 mətbəx mövcuddur.

 

Messi təyyarənin quyruq hissəsində forma nömrəsi olan 10 rəqəmini yazdırıb. Bundan başqa, təyyarənin pilləkənlərinə isə ailə üzvlərinin adlarını (Leo, Antonella, Tyaqo, Ciro və Mateo) həkk etdirib.

 

Ulduz futbolçunun bu təyyarəni daha çox Argentina və İspaniya arasındakı uçuşlarda istifadə edəcəyi bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir