Modern.az

Parisdəki “Azərbaycan evi”nin rəhbəri: “Azərbaycanlılar üçün hər hansı təhlükə yoxdur”

Parisdəki “Azərbaycan evi”nin rəhbəri: “Azərbaycanlılar üçün hər hansı təhlükə yoxdur”

9 Dekabr 2018, 17:33

“Hazırda Fransada vəziyyət dəyişməz olaraq qalır. Hökumətin təklifləri ilə “sarı jiletli”lər razılığa gəlməyiblər. Təbii ki, bu baxımdan gərginlik davam edir”.

 

Bunu Modern.az-a açıqlamasında Parisdəki “Azərbaycan evi”nin rəhbəri, Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Parisdəki iğtişaşları şərh edərkən deyib.

 

O bildirib ki, bəzi etirazçılar nə istədiklərini belə bilmirlər

 

“Sarı jiletli”lər adı altında istər sağçı ekstremistlər, istərsə də qatı milliyyətçilər Parisdəki asayişi pozurlar. Bunlara həm də dağıdıcı qüvvələr demək olar. Bu da məsələni daha da ağırlaşdırır. Bəziləri nə istədiklərini artıq bilmirlər. Sadəcə dağıtmaqla məşğuldurlar. Bu da insanlarda qorxu hissi yaradır”

 

Mirvari Fətəliyeva iğtişaşlardan danışarkən azərbaycanlıların təhlükəsizliyini də vurğulayıb.

 

“Azərbaycanlıların iğtişaşlarda hər hansı təzyiqə məruz qalmasına gəlincə, deyə bilərəm ki, bir neçə gün qabaq  Azərbaycanın Fransadakı səfirliyi bu barədə məlumat vermişdi. Həftənin şənbə və bazar günü evdən şəhər mərkəzinə çıxmamaq tövsiyə edilib.  Öncədən edilən xəbərdarlığın nəticəsi olaraq azərbaycanlılar üçün hər hansı təhlükə yoxdur. Əlbəttə, iğtişaşlar əsasən Parisin mərkəzində baş verir. Şəhərdən kənarda həyat öz axarı ilə davam edir. Ümumilikdə siyasi baxımdan gərgindir. Gərginliyin nə vaxt bitəcəyi isə məlum deyil”.

 

Xatırladaq ki, benzinin qiymətinin artmasına qarşı çıxan “Sarı jiletli”lər hərəkatının etirazları 17 noyabrda başlamışdı. Kütləvi aksiyalar nümayişçilərin polislə toqquşmalara səbəb oluib, avtomobillərin, dükanların və bankların məhv edilməsi ilə müşayiət olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu