Fransa Prezidenti Emmanuel Makron "sarı jiletlilər"dən üzr istəyib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl vergilərin artırılması qərarının 6 ay müddətinə dayandırıldığını açıqlayan Makron, bu dəfə etirazçılardan üzr istəyərək daha çox vergi endirimi həyata keçirəcəklərinə söz verib.