Modern.az

Rəsmi Parisdən Trampa XƏBƏRDARLIQ: “Fransanın daxili işlərinə burnunu soxma!”  

Rəsmi Parisdən Trampa XƏBƏRDARLIQ: “Fransanın daxili işlərinə burnunu soxma!”   

9 Dekabr 2018, 20:38

Fransa hökuməti ABŞ prezidenti Trampa xəbərdarlıq edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin xarici işlər naziri Jan-İv Le Drian ABŞ prezidenti Donald Trampı Fransanın daxili işlərinə qarışmamağa çağırıb.

Trampın özünün Twitter hesabından Parisdəki aksiyalara münasibət bildirməsi və "Paris müqaviləsi Parisə yaraşmır. İnsanlar təbiəti qorumaq üçün 3-cü dünya ölkələrinə artıq pul ödənilməsini istəmir. Fransızlar "Biz Tramp istəyirik" deyə bağırırlar. Fransanı sevirəm"sözlərini yazması Fransa hökumətini qəzəbləndirib.

Xarici işlər naziri Jan-İv Le Drian üzünü ABŞ prezidentinə tutaraq deyib: “Fransanın daxili işlərinə burnunu soxma!”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir