Modern.az

“Qarabağ” “Zirə”ni darmadağın etdi  

“Qarabağ” “Zirə”ni darmadağın etdi   

9 Dekabr 2018, 20:43

Dekabrın 9-da Topaz Premyer Liqasının 14-cu turunun növbəti oyunu keçirilib.

Modern.az xəbər verir ki, "Dalğa Arena"da “Zirə” son çempion “Qarabağ”ı qəbul edib. Görüş “Qarabağ”ın 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra “Qarabağ” xallarının sayını 30-a çatdıraraq ikinci yerdəki mövqeyini qoruyub, “Zirə” isə 11 xalla sonuncu pillədədir.

Xatırladaq ki, turun ilk matçında “Keşlə” səfərdə “Sabah”ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi