Modern.az

“Ermənistanın sözü əməlinə düz gəlmir” - ZATULİN

“Ermənistanın sözü əməlinə düz gəlmir” - ZATULİN

10 Dekabr 2018, 12:10

Rusiya Dumasının deputatı, Ermənistanın Moskvadakı əsas lobbiçlərindən biri sayılan Konstantin Zatulin  Nikol Paşinyan hakimiyyətini tənqid edib.

 

Modern.az xəbər verir ki, “Komsomolskaya Pravda” qəzetinə açıqlaması zamanı “Paşinyan Putinlə bir neçə görüşdə iştirak edib. Rusiya heç vaxt erməni tərəfdaşları ilə məsləhətləşmədən yayınmayıb. Amma mən əmin oluram ki, hazırki situasiyada sözlə əməl arasında ciddi fərq var. Onlar Rusiya-Ermənistan münasibətlərinin heç vaxt indiki qədər yaxşı olmadığını deyirlər, amma Ermənistandakı Rusiya Dəmir Yollarına qarşı cinayət işi açırlar və “Qazprom”la bağlı araşdırmaya start verirlər” deyib.

 

Zatulin Yerevanın Vaşinqtondan silah almaq niyyətlərini gerçəkləşdirməzdən öncə, azı 3 dəfə götür-qoy etməsini də məsləhət bilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir