Modern.az

Heydər Əliyev Ağstafada ANILDI

Heydər Əliyev Ağstafada ANILDI

10 Dekabr 2018, 12:26

8 dekabr 2018-cı il tarixdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı ilə rayon Gənclər və İdman idarəsinin  birgə təşkilatçılığı ilə “Heydər Əliyev daima Azərbaycan xalqının qəlbindədir” mövzusunda Ümummilli Lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə rayonun idarə müəsisə və təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət müəsisələrinin nümayəndələri və gənclər iştirak etmişdir. Tədbir dahi şəxsiyyətin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Tədbirdə  Ağstafa rayon icra hakimiyyətinin ictimayi-siyasi və humanitar məsələlər şöbəsinin müdür müavini, dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev giriş nitqi ilə açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycanın əvəzsiz lideri olaraq dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən danışdı.

Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin parlaq nəticəsi olaraq Azərbaycanın bu gün də inkişaf etdiyini vurğuladı. Dahi şəxsiyyətin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını bildirdi.


Sonra anım tədbirində Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Turan Hüseynov və rayon Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli çıxış edərək  bildirdilər ki, 1991-1992-ci illərdə siyasi hakimiyyətin səriştəsizliyi nəticəsində dövlətçiliyimizin və xalqımızın taleyi ciddi təhlükələrlə üz-üzə idi. O zaman xalqımızı düşdüyü bu bəlalardan xilas edəcək böyük siyasi xadimə ehtiyac duyulurdu. Belə bir vaxtda xalq dahi şəxsiyyət Heydər Əliyevə inanaraq onu böyük etimadla ölkə prezidenti seçdi. Məhz dahi şəxsiyyətin xilaskarlıq missiyasının başlaması ilə ölkəmiz üzləşdiyi bütün bəlalardan nicat tapdı, bu gün onun qurub-yaratdığı müstəqil dövlətdə qürurla yaşayırıq.


Sonda qey edildi ki, Ulu Öndərin irsinin onun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bu gün də özünü hər bir sahədə göstərməkdədir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir