Modern.az

Azərbaycanda tələbə itkin düşdü - FOTO  

Azərbaycanda tələbə itkin düşdü - FOTO   

10 Dekabr 2018, 13:04

Quba rayonunun Vladimirovka kənd sakini, 17 yaşlı Əziz Qasımov dekabr ayının 1-də səhər saatlarında təhsil aldığı Quba rayon Dövlət Sosial İqtisadi Kollecə getmiş, lakin dərs saatları bitdikdən sonra təhsil müəssisəsindən çıxaraq geri qayıtmayıb.       

Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumatda bildirilib.   


Əziz Qasımovun əlamətləri belədir: Boyu 180 sm., arıq bədən quruluşlu, yumru sifətli, qısa qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Dərsə gedən zaman onun əynində yaşıl rəngdə şalvar və eyni rəngdə qısaqol gödəkcə, göy idman ayaqqabısı olub. 


Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə və 050-364-49-50; 050-863-11-50 (Atası) mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı