Modern.az

Saakaşviliyə qarşı daha bir ittiham irəli sürüldü

Saakaşviliyə qarşı daha bir ittiham irəli sürüldü

Dünya

10 Dekabr 2018, 14:46

Tbilisidə prezident seçkilərindən sonra saxlanılan 7 Ukrayna vətəndaşı kütləvi iğtişaşlara hazırlıqda ittiham olunurlar.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, həmin şəxslərin Tbilisdə Qriqol Vaşadze tərəfdarlarının aksiyasında dava salması gözlənilirdi.

 

Ukrayna ordusunun polkovniki Vyaçeslav Vlasenko təxribatların Mixail Saakaşvilinin puluna təşkil olunacağını deyib.

“Həmin aksiyalarda atəş açılması planlaşdırılırdı. Müxalifət sonradan həmin cinayətdə güc strukturlarını ittiham edəcəkdi”-deyə Vlasenko fikirlərini tamamlayıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü