Modern.az

Gəncədə qızla oğlan dəm qazından zəhərləndi - Biri öldü  

Gəncədə qızla oğlan dəm qazından zəhərləndi - Biri öldü   

Aktual

10 Dekabr 2018, 15:30

Gəncədə 2 nəfər dəm qazından zəhərlənib.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Xətai prospektində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, dəm qazından zəhərlənmə diaqnozu ilə 20 yaşlı Seymurla 2002-ci il təvəllüdlü P. Əlizadə xəstəxanaya yerləşdirilib.

Müdaxilələrə baxmayaraq, gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb. Qız isə hazırda reanimasiyadadır.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır