Modern.az

7-ci sinif şagirdi ilə evlənən Mirismayıl müəllim işləməyib

7-ci sinif şagirdi ilə evlənən Mirismayıl müəllim işləməyib

11 Dekabr 2018, 19:15

Ötən gün efirdə özünü orta məktəb müəllimi kimi təqdim edən Mirismayıl Xələflinin guya müəllim işləyərkən 7-ci sinif şagirdinə aşiq olduğunu və ardınca onunla ailə qurduğunu söyləməsi ciddi rezonansa səbəb olub.  

 

Modern.az saytının kiçik araşdırması nəticəsində bəlli olub ki, Mirismayıl Xələfli 1984-cü ilin 24 iyulunda Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olub.

 

Onun həyat yoldaşı Firuzə Xələfli isə 1990-cı ilin noyabrın 21-də Ağsu rayonunun Xəlilli kəndində anadan olub və həmin kəndin ümumi orta məktəbini bitirib. 


Bildirilir ki, Mirismayıl Xələfli heç vaxt kənd məktəbində və ümumilikdə heç bir məktəbdə müəllim işləməyib. 

 

"Space" telekanalının "El bizim, sirr bizim" verilişində özünü saytlardan birinin baş redaktoru kimi təqdim edən Mirismayıl Xələfli qalmaqallı açıqlama ilə gündəmə gəlib.

 

Onun efirdə 7-ci sinif şagirdi ilə evlənməsini etiraf etməsi səs-küyə səbəb olub.

 

Məhz buna görə Mirismayıl Xələfli efirdə verilişin digər qonaqları tərəfindən pedofil adlandırılıb. 

"Mən özüm ali təhsilliyəm. Özüm 7-ci sinif şagirdi ilə nişanlanmışam. Onu məktəbdən çıxarmışam. Mən bunu ona görə etmişəm ki, sabah yoldaşım mənə "yorulmuşam, yemək bişirmək istəmirəm, yatmalıyam" deməsin". Mən öz yoldaşıma dərs demişəm".

 

Xələflinin bu fikirləri həm verilişin qonaqları, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və o tənqid olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı