Modern.az

Cənubi Qafqazın ilk qadın prezidentinin andiçməsindən maraqlı anlar - VİDEO

Cənubi Qafqazın ilk qadın prezidentinin andiçməsindən maraqlı anlar - VİDEO

Reportaj

16 Dekabr 2018, 23:45

Bu gün Cənubi Qafqazın ilk qadın prezidentinin andiçmə mərasimi olub. Modern.az xəbər verir ki, Gürcüstanda Salome Zurabişvilinin inauqurasiya mərasimi bir sıra ilklərlə yadda qalıb. İlk dəfə Gürcüstan prezidentinin andiçmə mərasimi Kaxeti vilayətindəki Telavi şəhərində yerləşən qədim çar kompleksində - II İraklinin (1720-1798) iqamətgahında keçirilib. Bu, ölkədə qorunub saxlanılan yeganə çar sarayıdır.

 

S.Zurabişvili bu andiçmə ilə Gürcüstanın ilk qadın prezidenti adını da rəsmiləşdirib. Onun səlahiyyəti yeni Konstitusiyaya əsasən 6 il davam edəcək.

 

Modern.az “Sputnik”in hazırladığı və tədbirin ən maraqlı məqamlarını əks etdirən videonu təqdim edir:

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir