Modern.az

Axundovun milli mənsubiyyəti haqda - niyə türk yox, fars?

Axundovun milli mənsubiyyəti haqda - niyə türk yox, fars?

Ədəbi̇yyat

12 Yanvar 2019, 21:49

Firuz Mustafa

“Dünyada ərəblər qədər gözəl nağıl uyduran, farslar qədər bu nağılı gözəl danışan və türklər qədər bu nağıla inanan ikinci bir millət yoxdur” ... Bu sözlərin müəllifi Mirzə Fətəli Axundovdur.

Axundov ((və ya Axundzadə) öz tərcümeyi-halında yazıb ki, “milliyyətcə farsam”. Axundov doğrudanmı farsdır? Axundov o zaman üçün düz deyir- farsdır, amma bu zaman üçün düz demir, o, milliyyətcə türkdür. (Hətta, Axundovu ərəb hesab edənlər də var). 

Məsələ burasındadır ki, Axundov dünyaya gələndə (1812-ci ildə) Azərbaycan İran ərazisi idi. Və Mirzə Fətəlinin atası təmiz türk qövmündəndir- Təbriz yaxınlığındakı Xaminə kəndindən, anası isə Nuxadandır (Şəkidən). O zamandan az sonra biz rus imperiyasının təbəəliyində olsaq da, həmin dövrəcən doğulanları dəftərxanalarda “fars” kimi qeyd ediblər. Belə ki, o dövrün Abbasqulu ağa Bakıxanov, Mizə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh və s. bu kimi görkəmli şəxsiyyətlərin milliyəti də sənədlərdə gah “tatar”, gah da “fars” kimi qeyd olunub.

Bəs niyə türk yox, fars?

Məsələ burasındadır ki, o vaxtlar İranda doğulan bütün insanlar fars, Rusiyada doğulan bütün insanlarsa rus adlandırılırdı.

Təkcə İranda və Rusiyadamı belə idi? Xeyr. Lap elə bu yaxınlara qədər, Sovetlər Birliyi çökənəcən, SSRİ-dən xaricə gedən vətəndaşların hamısına “rus” deyirdilər. Və yaxud lap indinin özündə də Çindən gələnin hamısına çinli, İngiltirədən gələnin hamısına ingilis, Afrikadan gələnin hamısına zənci demirikmi?

Axundovun zamanında Türkiyədən olanlara adətən osmanlı (nadir hallarda türk), Azərbaycandan olanlara fars, qafqazlı (nadir hallarda tatar) deyirdilər. Hətta, Mirzə Fətəliyə tiflisli, nuxalı, rus deyənlər də olub.

Mən bunu niyə yazıram?

Çünki indi təkcə adi adamların arasında deyil, özünü “alim” hesab edən şəxslərin arasında da bisavadlıq artmaqdadır... Və onların bəziləri doğrudan da Mirzə Fətəlini fars hesab edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir