Modern.az

Qulu Məhərrəmli Arif Alışanovun işdən çıxarılmasından DANIŞDI

Qulu Məhərrəmli Arif Alışanovun işdən çıxarılmasından DANIŞDI

15 Yanvar 2019, 18:00

“Arif Alışanovun vəzifədən azad edilməsi düzgün qərardır”.

Bunu Modern.az-a AzTV rəhbəri Arif Alışanovun vəzifəsindən azad olunması haqqında danışarkən tanınmış telejurnalsit, professor Qulu Məhərrəmli bildirib. O qeyd edib ki, bu qərar 12 il əvvəl verilsə, daha yaxşı olardı:

“Mən Arif Alışanov haqqında fikirlərimi çoxdan demişəm. Azərbaycan Televiziyası kimi tarixi ənənələri olan bir televiziyada Arif Alışanov kimi qeyri-peşəkar, yarıtmaz adamın uzun müddət rəhbər olması düzgün deyildi. Ona görə, ölkə başçısının bu qərarını alqışlayıram”.

Qeyd edək ki, Qulu Məhərrəmli və Arif Alışanov arasında 2016-cı ildən bəri davam edən məhkəmə prosesi medianın gündəminə çevrilmişdi.

 

Tərəflər arasında narazılıq Q.Məhərrəmlinin həmin ilin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədə AzTV-ni tənqid etməsindən sonra yaranıb.

 

Həmin müsahibədən sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. 

Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib.

Lakin uzun sürən prosesin nəticəsində Yasamal Rayon Məhkəməsi 2017-ci il fevralın 13-də tərəflərin məhkəmə çəkişməsinə xitam verib. 

Qeyd edək ki, A.Alışanovun Q.Məhərrəmliyə qarşı cinayət işi açılması ilə bağlı iddiası jurnalistin xeyrinə nəticələnmişdi.

Lakin uzun sürən prosesin nəticəsində Yasamal Rayon Məhkəməsi 2017-ci il fevralın 13-də tərəflərin məhkəmə çəkişməsinə xitam verib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı