Modern.az

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı

Qeydə alınan prezidentliyə namizədlərin sayı 10-a çatdı

18 Yanvar 2019, 20:18

Ukrayna Mərkəzi Seçki Komissiyası yanvarın 18-də keçirilən iclasında daha iki nəfərin prezidentliyə namizədliyini təsdiqləyib. Modern.az xəbər verir ki, bu dəfə Ali Radanın deputatı Olqa Boqomelets və “5.10” siyasi partiyanın lideri Genadi Balaşovun prezidentliyə namizədlikləri qeydə alınıb.

 

Bununla da prezidentliyə namizədlərin sayı 10-a çatıb. Daha iki nəfərin namizədliyinin qeydə alınmasından isə imtina edilib.

 

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir