Modern.az

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO

Neftçalada üç uşaq anası itkin düşdü - FOTO

18 Yanvar 2019, 20:32

Neftçala rayonunda üç uşaq anası itkin düşüb.  Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kürqarabucaq kəndində qeydə alınıb.

 

Belə ki, 1994-cü il təvəllüdlü Nuranə Elxan qızı Səmədova yanvarın 10-da gecə saat 05:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Artıq bu barədə doğmaları tərəfindən polisə məlumat verilib. Hadisənin səbəbi hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır