Modern.az

Yaponiyada güclü zəlzələ

Yaponiyada güclü zəlzələ

18 Yanvar 2019, 21:24

Yaponiyada güclü zəlzələ olub. Modern.az xəbər verir ki, ölkənin şimal-şərqində 5,3 bal gücündə qeydə alınan yeraltı təkanlar yerli vaxtla saat 21:46 dəqiqədə qeydə alınıb.

 

Məlumata görə, zəlzələnin episentri Çiba prefekturasının şimalında, ocağı 50 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar paytaxt Tokio da daxil olmaqla, İbaraki, Saytama, Toçiqi, Qunma və Kanaqava prefekturalarında hiss olunub.

 

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi