Modern.az

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü

Avtoqəzada yaralanan sürücü xəstəxanada öldü

Aktual

19 Yanvar 2019, 00:27

Şirvan şəhərində 6 gün əvvəl baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yaralanan sürücü xəstəxanada keçinib. Modern.az "Report"a istinadən xəbər verir ki, yanvar 12-də Şirvan şəhərinin H.Əliyev prospektində “Mercedes” markalı, "99-KM-173" dövlət qeydiyyat nişanlı avtomobillə "VAZ-21011" markalı, "54-BH-327" dövlət qeydiyyat nişanlı maşının toqquşması nəticəsində 3 nəfər xəsarət almışdı.

 

Qəza zamanı xəsarət alanlardan biri - "VAZ-21011" markalı avtomobilin sürcüsü, 1972-ci il təvəllüdlü Azər Şəmiyev Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsində özünə gəlmədən ölüb.

 

Faktla bağlı Şirvan Polis şöbəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür