Modern.az

Deputatlar nazirliyi İTTİHAM ETDİLƏR

Deputatlar nazirliyi İTTİHAM ETDİLƏR

Hadisə

24 Yanvar 2019, 12:00

“Özünüməşğulluqla bağlı dinləmələrə ehtiyac var”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev sosial şəbəkələrdə özünəməşğulluq proqramı çərçivəsində əhaliyə verilən ev heyvanlarından narazılıq edilməsi məsələsinə münasibət bildirərkən deyib.

 

O qeyd edib:

 

“Mən bilmirəm bu nə qədər əsaslıdır və ya obyektivdir. Biz qoca heyvanların da şəklini sosial şəbəkədə görürük. Bunlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha interaktiv işlər görməlidir. Mətbuat xidməti işini yaxşı görür, amma bu məsələlərə daha operativ cavab verilməlidir. Çünki bu cənab prezidentin gözəl bir layihəsidir. Biz çalışmalıyıq ki, özünüməşğulluqla bağlı parlamentdə dinləmələr təşkil edək və məsələləri birlikdə müzakirə edək”.

Bu təklif komitə sədri Hadi Rəcəbli tərəfindən də dəstəklənib.

 

Komitə sədri bildirib ki, dinləmələr təklifi və praktikası məhz onlar tərəfindən gəlib:

 

“Bu məsələni ilk dəfə biz qaldırmış, təklif etmiş və ötən müddətlərdə də onun reallaşdırılmasına nail olmuşuq. Odur ki, bu sessiyada da dinləmələr keçirilə bilər. Bu məsələdə Musa müəllimin təklifini dəstəkləyirəm”.

 

Deputat Araz Əlizadə isə bildirib ki, ölkə başçısı əlindən gələni edir, yerdəki məmurlar prezidentin əməyini yerə vururlar”.

 

“Sosial şəbəkələrdə şəkilləri yayılan özünəməşğulluq proqramı çərçivəsində insanlara verilən xəstə heyvanlar məsələsi düzdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində düşünülməmiş qərar qəbul edilir".

 

A.Əlizadə qeyd edib ki, özünəməşğulluq proqramı çərçivəsinə əhaliyə verilən heyvanlar yerli heyvanlardır.

 

"Əslində insanlara cins heyvanlar verilməlidir ki, onlar onu inkişaf etdirsinlər, saylarını artırsınlar və bir nəticə əldə etsinlər.

 

Nazirlik deyir ki, sənə verilən xəstə heyva öldüsə bizi ver məhkəməyə. Sən öz cibindən almırsan ki, bu heyvanı, buna büdccədən cənab prezident tərəfindən pul ayrılır. Olmaz belə. İnsanlara hörmət etmək lazımdır. Bu gün insanlara verilən əksər heyvanlar bazara çıxarılan heyvanlardır.

 

Bazara hansı heyvanlar çıxarılır? Kəsilmək üçün 600-700 manatlıq heyvanlar çıxarılır. Amma müraciət edən insanlara bir neçə minlik yazılır həmin heyvanlar. İndi həmin insanlar həmin xəstə heyvanlarla özünü və ailəsini necə dolandırsınlar?

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gəncdir, çox gözəl, amma artıq yuxarıdan gedir. Belə olmaz...

 

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!