Modern.az

Tanınmış jurnalist komaya düşüb

Tanınmış jurnalist komaya düşüb

Media

4 Fevral 2019, 00:49

Tanınmış jurnalist komaya düşüb. Modern.az xəbər verir ki, Natiq Qocamanın durumu hazırda çox ağırdır. Belə ki, fevralın 1-i axşam saatlarında insult diaqnozu ilə jurnalist Natiq Qocaman təcili tibbi yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") yerləşdirilib.

 

Oradakı şərait uyğun olmadığı üçün xəstə bir neçə saat sonra Mərkəzi Klinik Xəstəxanasına köçürülüb. 72 saatdır komada olan Natiq Qocamanın durumu hazırda çox ağırdır. Beyninə qan sızdığı bildirilir.

 

Məlumata görə, N.Qocamanın həyat yoldaşı Könül Aypara onun vəziyyətinin bu qədər ağırlaşmasını "Semaşko" xəstəxanasındakı vəziyyətin bərbad olması ilə əlaqələndirir.

 

Qeyd edək ki, Mediapress informasiya portalının baş redaktoru, “Tərəqqi” medallı Natiq Qocaman uzun müddət "Oxu məni" qəzetinin baş redaktoru olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir