Modern.az

Gürcüstan parlamentinin deputatı: “Mixail Avakyanla Cəlil Səfərovu eyniləşdirmək olmaz”

Gürcüstan parlamentinin deputatı: “Mixail Avakyanla Cəlil Səfərovu eyniləşdirmək olmaz”

Hadisə

9 Fevral 2019, 16:04

Gürcüstanda yerli azərbaycanlı və gürcü fəalların, ictimaiyyət nümayəndələrinin erməni terrorçu Mixail Avakyana Axalkalaki rayonunun Buqaşen kəndində abidə qoyulmasına qarşı etirazı erməniləri ciddi narahat edib.

 

Modern.az xəbər verir ki, Gürcüstan erməniləri Avakyanın büstündən diqqəti yayındırmaq üçün Marneuli rayonunun Lejbadin kəndində Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərovun heykəlinin olmasını önə çəkiblər və Avakyanla Cəlil Səfərov arasında paralel aparmaq istəyiblər.      

 

Məsələ ilə bağlı Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov Modern.az-a açıqlamasında bildirib ki, Mikail Avakyan başqa dövlətin nümayəndəsi və separatçı olub.

“Avakyan gedib Azərbaycana qarşı işğalçı müharibədə iştirak edib. Ancaq Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərov təcavüzkar qüvvələrə qarşı gedən döyüşlərdə iştirak edərək, mülki əhalini xilas edib və bu zaman qəhrəmancasına şəhid olub. Bunlar arasında fərqi eyniləşdirmək olmaz!”

 

A.Süleymanov qeyd edib ki, gürcü siyasətçilər də müsahibələrində bildirirlər ki, onları eyniləşdirmək olmaz.

“Onlar qeyd edirlər ki, Mikail Avakyan separatçı, Cəlil Səfərov isə ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə dinc insanları xilas edərək qəhrəmancasına şəhid olan biri olub. Bunlar tamam başqa şeylərdir”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir