Modern.az

Komitə sədrləri “ASAN Könüllüləri” ilə nələrdən danışdılar?

Komitə sədrləri “ASAN Könüllüləri” ilə nələrdən danışdılar?

20 Fevral 2019, 09:55

Fevralın 19-da Azərbaycan Respublikası Milli Məclisi və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilən “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsi çərçivəsində tədbir iştirakçılarının Milli Məclisin Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, Gənclər və idman komitələrinin üzvləri ilə görüşü oldu.

 

Modern.az-ın məlumatına görə, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev gənclərin həyata keçirdiyi bütün faydalı təşəbbüsləri dəstəklədiklərini bildirdilər, onlara fəaliyyətlərində uğurlar dilədilər.

 

Sonra komitə sədrləri qanun yaradıcılığı prosesi, o cümlədən qanunların hazırlanması, qəbulu, icra mexanizmləri barədə məlumat verdilər.

 

Deputatlar təmsil etdikləri sahələr üzrə ölkədə aparılan islahatlar və buna dair qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi istiqamətində görülən işləri diqqətə çatdırdılar.

Söhbət zamanı Valeh Ələsgərov enerji sektorunun inkişafı, bu sahədə həyata keçirilən layihələr barədə söhbət açdı.

 

Eldar İbrahimov kənd təsərrüfatında torpaqların səmərəli istifadəsi, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi haqqında danışdı. Ülvi Quliyev gənclərdə vətənpərvərlik hissinin formalaşması, onların milli-mənəvi dəyərlərə uyğun yetişməsi üçün ölkədə görülən işlərdən bəhs etdi.

 

Görüşdə iştirak edən “Könüllülər Parlamenti”-nin eyni adlı komitələrinin nümayəndələri bir sıra suallarla müraciət etdilər. Milli Məclisin komitə sədrləri gəncləri maraqlandıran sualları cavablandırdılar, onlara faydalı tövsiyələr verdilər. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu