Modern.az

İqtisadçı problemli kreditlərin həlli üçün TƏKLİFLƏR verdi  

İqtisadçı problemli kreditlərin həlli üçün TƏKLİFLƏR verdi   

Aktual

20 Fevral 2019, 12:37

“İnsanlarımız üçün problem olan hər cür əngələ qarşıyam. Amma elə strateji əhəmiyyəti olan məsələlər var ki, onunla bağlı qərarlar çox məsuliyyətlə qəbul edilməlidir”.

Bunu Modern.az-a iqtisadçı Rövşən Ağayev vaxtı keçmiş bank ödənişlərilə bağlı problemin hələ də aktuallığını qoruması fikirlərinə münasibət bildirərkən deyib.

 

O qeyd edib ki, problemli kredit məsələsini hökumət 2015-2016-cı illər ərzində mütləq həll etməli idi:

“Çünki nə ev təsərrüfatlarının, nə də biznesin günahı olmadan məhz devalvasiya qərarını hökumət vermişdi. Və məhz bu qərar nəticəsində xarici valyutada borcu olan subyektlərin maliyyə institutları qarşısında borcları milli valyuta ifadəsində kəskin şəkildə artıb.


Sonrakı mərhələdə bəzi banklar borcları restruktrizaya etməklə (məsələn, güzəşt mexanizmləri əsasında ortaq razılaşdırılmış məzənnə ilə, borcun vaxtını uzatmaqla) həmin borcları xeyli azaltdı. Amma vətəndaşdan borcunu məhkəmə qaydasında, girovunu satışa yönəltməklə alanlar da oldu”.

İqtisadçının sözlərinə görə, 2019-cu ildə də bu problem qalır və həlli vacibdir:

“Amma bu məsələdə ehtiyatlı olmaqda fayda var. Problemin həlli üçün 4 məsələ göz önündə tutulmalıdır:

1) Məhz o borcların qaytarılmasına dövlət dəstək verməlidir ki, məhz devalvasiya nəticəsində xarici valyutada olan borclara görə izafi öhdəlik yaranıb;

2) Hökumətin dəstəyi ilk növbədə ev təsərrüfatlarının, mikro və kiçik sahibkarların borclarına münasibətdə tətbiq edilməlidir;

3) İri sahibkarlara, xüsusilə holdinqlərə bağlı şirkətlərə münasibətdə bu dəstəkdən mümkün qədər qaçmaq lazımdır. Əks halda məsuliyyətsiz idarəetmə nəticəsində havaya sovrulmuş kreditlərə görə kimlərsə göydəndüşmə büdcə güzəşti qazanmış olacaq;

4) İndiyə qədər problemli borclarını ən müxətlif yollarla ödəyə bilmiş ev təsərrüfatlarına da geriödəmə formasında kompensasiya olmalıdır".

"Əks halda, məsələn, əmlakını sataraq, yaxud yaxınlarından borclanaraq bu problemi həll etmiş insanlara qarşı ədalətsizlik olar”,-deyə ekspert bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir