Modern.az

UNEC tələbələrinin məqaləsi SCOPUS-da

UNEC tələbələrinin məqaləsi SCOPUS-da

Aktual

20 Fevral 2019, 15:54

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri Mehin Əmiraslanova, Nigar Bəkirova və Nərmin Eynizadənin həmmüəllifi olduqları “Bakı şəhərində mənzil qiymətlərinə təsir edən faktorlar: empirik analiz (Determinants of housing prices in Baku: empirical analyses)” mövzusunda tədqiqat işi SCOPUS və Web of Science məlumat bazasına daxil olan International Journal of Housing Markets and Analyses (ISSS 1753-8270) jurnalında dərc olunub.

 

Modern.az xəbər verir ki, jurnalın SCOPUS tərəfindən hesablanan 2017-ci il üçün impakt faktoru 0.53-dür və Q3 kateqoriyasında yer alır.

Nəşr olunan tədqiqat işi UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru, "Beynəlxalq iqtisadiyyat" (ingilis dilli) kafedrasının müəllimi Xətai Alıyevin rəhbərliyi və həmmüəllifliyi ilə yerinə yetirilib. Məqalədə müxtəlif elektron bazalardan 497 bina və 443 həyət evi barədə toplanılan məlumatlar əsasında Bakı şəhərində mənzil qiymətlərinə mənzilin yerləşdiyi bölgə, mənzilin genişliyi, otaq sayı, təmir səviyyəsi, çıxarışın (kupça) olub-olmaması, metro stansiyalarına yaxınlıq, həyət evləri üçün həyətyani sahə və s. faktorların təsiri Ən Kiçik Kvadratlar Metodu istifadə olunmaqla qiymətləndirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir