Modern.az

Azərbaycan Ordusunun iki hərbi qulluqçusu qar uçqununa düşüb - RƏSMİ

Azərbaycan Ordusunun iki hərbi qulluqçusu qar uçqununa düşüb - RƏSMİ

7 Mart 2019, 20:00

Azərbaycan Ordusunun iki hərbi qulluqçusu qar uçqununa düşüb. 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

Hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir