Modern.az

Qarabağ veteranları Ali Baş Komandana müraciət etdilər

Qarabağ veteranları Ali Baş Komandana müraciət etdilər

11 Mart 2019, 18:07

Qarabağ müharibəsinin veteranları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət ediblər.

Modern.az-ın məlumatına görə, ümumilikdə 375 nəfərin imzaladığı müraciət Prezident Administrasiyasına göndərilib.

Müraciətdə deyilir:

 

“Möhtərəm cənab Prezident,


Dünya birliyində özünə layiqli yer tutan müstəqil Azərbaycan bu gün davamlı inkişaf və sabitlik məkanı, islahatçı ölkə kimi tanınır. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf xəttini Siz müasir dövrün tələblərinə və zamanın çağırışlarına uyğun olaraq daha da zənginləşdirir və qətiyyətlə davam etdirirsiniz. Müdrik və uzaqgörən siyasətinizin nəticəsidir ki, bir sıra inkişaf etmiş ölkələrin iqtisadi böhranın təsirindən hələ də çıxa bilmədiyi, dünyada müxtəlif xarakterli münaqişələrin ciddi fəsadlar törətdiyi bir vaxtda Azərbaycan təhlükəsizlik və əmin-amanlıq şəraitində özünün dinamik inkişaf yolu ilə uğurla irəli addımlayır.


Sizin rəhbərliyinizlə ölkəmizin qazandığı nailiyyətlərin miqyası çox genişdir. Bunlar Vətənə və xalqa böyük sevginizin, müstəqil dövlətçilik prinsiplərinə sədaqətinizin, fədakar quruculuq fəaliyyətinizin bariz təzahürləridir. Xalq Sizə inanır və etimad göstərir. Bizlər Sizi  sevir və dəstəkləyirik. Siz dünyanın ən nüfuzlu kürsülərindən cəsarətlə öz sözünüzü deyir, Azərbaycanın qətiyyətli mövqeyini nümayiş etdirir, milli maraqlarımızı qoruyursunuz.


Müharibədən əziyyət çəkən insanlara, şəhid aiələrinə, əlillərə, qaçqınlara və məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğının dünyada misli-bərabəri yoxdur. Sizin təşəbbüsünüz və tapşırıqlarınız əsasında hər il bu kateqoriyadan olan minlərlə ailənin mənzil-məişət problemi həll edilir, onlara yeni evlər, mənzillər verilir. Birinci vitse-prezident, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da bu işdə öz layiqli töhfələri vardır.


Azərbaycanın ərazi bütövlüyü məsələsinin həlli istiqamətindəki yorulmaz, qətiyyətli fəaliyyətinizi ürəkdən bəyənir və dəstəkləyirik. Bu sahədəki sülhpərvərliyiniz, münaqişənin dinc vasitələrlə həll etmək səyləriniz nə qədər vacib və əhəmiyyətli olsa da, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin durmadan artırılması, torpaqlarımızı işğaldan azad etməyə ordumuzun hər an hazır olması, düşmənə öz gücünü göstərməsi qəlbimizdə qürur və inam hissi doğurur. Bu gün Cocuq Mərcanlıda, Şıxarxda dinc həyatın bərpası məcburi köçkünlərimizin Qarabağın işğaldan azad ərazilərinə, doğma torpaqlara qayıdışının simvoldur.


Biz - bu müraciəti imzalayanlar - müharibə alovlarından keçmiş, torpaqlarımızın müdafiəsi üçün can qoymuş, döyüş təcrübəsi qazanmış keçmiş hərbçilər də Sizin əmrinizdəyik, Sizin komandanlığınlz altında Qarabağa zəfər yürüşündə iştirak etməyi arzulayırıq. Biz inanırıq, əminik ki, Sizin müdrik və cəsarətli addımlarınız öz nəticəsini verəcək, Azərbaycanın bütün tarixi ərazilərində dövlətimizin suverenliyi təmin ediləcək, onun hər bir guşəsində qələbə bayrağı ucaldılacaqdır.


Bu gün dövlətçiliyimizi təhdid etmək niyyəti olan heç bir qüvvə - nə daxildə, nə xaricdə - Sizin başçılıq etdiyiniz hakimiyyətlə, iqtidarla xalqın arasındaki birliyi, ölkəmizdəki sabitliyi, əmin-amanlığı poza bilməz! Öz istiqlaliyyətinin, azadlığının qədrini bilən bizim kimi mlyonlarla vətənpərvər insan  Azərbaycanın bu gününü və gələcəyini, ölkəmizin təhlkəsizliyini və davamlı inkişafını hər cür qəsdlərdən qorumağa qadirdir.


Biz Sizə müraciət edərək bir daha bildiririk ki, xalqımızın müqddəs arzusu olan Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün bütün vətənpərvər qüvvələr Sizin ətrafınızda birləşiblər, Sizinlə birlikdədir!


Qarabağ müharibəsi veteranları adından:


Alman Abbasov 
- "Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” Ictimai Birliyinin sədri

Elçin Rəfiyev - "Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin İdarə Heyətinin üzvü, ehtiyatda olan baş leyenant

Taryel Qəhrəmanov - ehtiyatda  olan polkovnik-leytenant

Camal Əhmədov - ehtiyatda  olan polkovnik-leytenant

Azər Şəfiyev - ehtiyatda  olan polkovnik-leytenant

Füzuli Rzayev - ehtiyatda olan mayor

Yasin Kərimov - ehtiyatda olan kapitan

Eyvaz Zeynalov - baş gizir

Eloğlu Əliyev - baş çavuş

Alı Rzayev - baş çavuş

Zamir Əliyev - cavuş

Sərxan Hətəmov - sıravi

Əbil Zeynalov - keçmiş batalyon komandiri

Cəbrayıl Quliyev -  sıravi

Rəfayıl Abbasovsıravi". 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir