Modern.az

Zəlzələ xəbərlərini məscidlər verəcək   

Zəlzələ xəbərlərini məscidlər verəcək    

13 Mart 2019, 09:01

Türkiyə Fövqaladə Hallar Nazirliyi zəlzələ və digər təbii fəlakətlərlə bağlı əhalini xəbərdar etmək üçün yeni sistem qurub. Modern.az-ın məlumatına görə, artıq təbii fəlakətlərlə bağlı həyəcan siqnalları məscidlərin minarələrində çalacaq.

Həyəcan siqnalı məscidlərin azan minarələrinə qoşulub. Bununla da həyəcan siqnalları və xəbərdarlıq anında vətəndaşlara çatdırılacaq. Artıq bir neçə şəhərdə test də keçrilib.

Qeyd edək ki, 2019 ci il daxil olandan bəri Türkiyədə 19 min 446 zəlzələ qeydə alınıb.  

Boğaziçi Unveresiteti Kandilli rəsədxanasının müdiri, professor Mustafa Erdik bildirib ki, uzmanların ortaq araşdırmalarına görə, Türkiyədə, özəliklə də İstanbulda ildə 3 dəfə zəlzələ olması qaçılmazdır.

Yıldız Texnik Unversitetinin Doğa Bilimləri Araşdırma mərkəzinin rəhbəri, professor-doktor Şükrü Ersoy isə Mərmərə bölgəsində ildə 10-dan çox zəlzələ ola biləcəyini bəyan edib.

Qeyd edək ki, rəsmi açıqlamalara görə, Türkiyə Avropada ikinci zəlzələ qaynağına malikdir.

2018- ci ildə 38 min 287 zəlzələ qeydə alınıb.  Uzmanlar zəlzələ təhlükəsinin daha çox İstanbul və İzmir şəhərlərinə bağlı olduğunu açıqlayıblar. Bu üzdən də yeraltı təkanlar və digər təbii fəlakətlərin xəbərçisi artıq minarələr olacaq.

Türkiyə Diyanət İşləri Nazirliyinin açıqlamasına görə, ölkədə 84 min 684 məscid var. Onlardan 3 min 19 -i İstanbuldadır. Bu baxımdan Fövqaladə Hallar Nazirliyi həyəcan siqnalının mərkəzdən camilərin minarələrinə xüsusi cihazla bağlayaraq əhalini daha tez və operativ bilgiləndirəcəyinə inanır. Bu sistemlə əhali yanlız xəbərdar edilməyəcək, eləcə də yönləndiriləcək. Təbii fəlakət durumlarında əhalinin televiziya və radio kimi qrumlarla xəbər alma  imkanları aşağı olduğu üçün nazirlik bu sistemlə vətəndaşların hərəkətinə nəzarət edəcək. Onlara sığınacaqlar və təhkükəsiz ərazilərlə bağlı bilgi verəcək. 

Məhsəti Şərif

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər