Modern.az

Azər Həsrət: “Kimsə Mətbuat Şurasının “qara siyahı”sını şühbə altına ala bilməz”

Azər Həsrət: “Kimsə Mətbuat Şurasının “qara siyahı”sını şühbə altına ala bilməz”

13 Mart 2019, 17:59

Martın 1-də Azərbaycan Mətbuat Şurasının (MŞ) «Reket jurnalistika»ya qarşı mübarizə və Apellyasiya komissiyalarının birgə iclasında Şuranın Şikayətlər üzrə Komissiyasının «Təzadlar» qəzeti ilə bağlı «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasına ünvanladığı təqdimat ətrafında müzakirə aparılıb.

Müzakirə zamanı bildirilib ki, «Təzadlar»ın fəaliyyətində «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın prinsiplərinin pozulması halları davamlı hal almaqdadır. Qəzetin adı vaxtilə Şuranın «qara siyahı»sında yer alıb.

MŞ-nin «Reket nəşrlər»in müəyyənləşdirilməsinə dair Təlimatında göstərilir ki, adı «qara siyahı»dan çıxarılmış kütləvi informasiya vasitəsi bundan nəticə çıxarmadığı halda onun adı yenidən həmin siyahıya qaytarıla bilər. Sözügedən nəşr barədə Azərbaycan Mətbuat Şurasına son bir il ərzində intensiv müraciətlər daxil olub, həmçinin qəzet Şuranın Şikayətlər üzrə Komissiyasının tövsiyələrinə əhəmiyyətsiz yanaşıb.

Yekun qərara əsasən, “Təzadlar” qəzetinin adı yenidən Şuranın “qara siyahı”sına daxil edilib.

Bundan sonra qəzetin baş redaktoru Asif Mərzili KİV orqanı haqqında qəbul edilən qərara etirazını ifadə edib. O, qəzetin adının “qara siyahı”ya daxil edilməsinin “qeyri – obyektiv qərar” olduğunu deyib.

Mətbuat  Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət isə Modern.az-a bildirib ki, söhbət konkret olaraq “Təzadlar” qəzetindən gedirsə, o, Asif Mərzilini uzun illərdir tanıyır, Asif Mərzili də onu yaxşı tanıyır:


“Qaydalar hər kəsə məlumdur ki, Mətbuat  Şurası bu cür şikayətləri araşdıranda həmin media təmsilçisini də dəvət edir. Əgər Asif bəy araşdırmalara dəvət olunubsa, iştirak edibsə, sözünü orada deyə bilərdi. Amma dəvət olunduğu təqdirdə, araşdırmada iştirak etməyibsə, bu onun zərərinə işləyəcək haldır”.

Azər Həsrət qeyd edib ki, MŞ-nın bu və ya digər qərarlarını şübhə altına almağa əsas yoxdur:

“Çünki Şura həqiqətən də faktları hərtərəfli, həm iddiaçı, həm də KİV orqanının iştirakı ilə araşdırır. Asif bəy də kifayət qədər təcrübəli jurnalist kimi müzakirədə iştirak edib, fikirlərini əsaslandıra bilərdi. Beləliklə, rəhbərlik etdiyi KİV “qara siyahı”ya düşməyə bilərdi. Bununla belə, şəxsən mən Mətbuat Şurasının İdarə Heyətinin iclasında məsələnin müzakirə olunmasının tərəfdarıyam. İstənilən halda Asif Mərzili əvvəlki araşdırmada, müzakirələrdə iştirakdan imtina edibsə, bizim ona kömək etmək imkanımız tükənib”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı