Modern.az

Problemli kreditlərlə bağlı mexanizm hazırdır - Nazir

Problemli kreditlərlə bağlı mexanizm hazırdır - Nazir

İqtisadiyyat

14 Mart 2019, 11:56

Problemli kreditlərlə bağlı Prezident İlham Əliyevin tərəfindən verilən fərmanda nəzərdə tutulan işlər həyata keçirilir.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla bu istiqamətdə iş aparır:

“Kreditlərin həcmi, sayı dəqiqləşdirilir. Bunun əsasında da müvafiq işlər başlanacaq və normal qaydada ödənişlər həyata keçiriləcək. Maliyyələşmə ilə bağlı mexanizm praktiki olaraq hazırdır. Burada hər hansı bir problem görünmür. Maliyyə Nazirliyində qaynar xətt yaradılıb, suallara cavab verilir. Bütün əsas məsələlər artıq öz həllini tapıb”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir