Modern.az

İşdən qovulan tibb bacıları məhkəməyə müraciət etməkdən qorxdular - VİDEO  

İşdən qovulan tibb bacıları məhkəməyə müraciət etməkdən qorxdular - VİDEO   

18 Mart 2019, 15:14

Şəki rayon Mərkəzi Xəstəxanasının işdən qovulan beş əməkdaşı vəkildən imtina edib. Bu barədə Modern.az-a müğənni Afət Fərmanqızı məlumat verib.


A.Fərmanqızı bildirib ki, işdən qovulmaları barədə məcburi ərizə yazan tibb bacıları kömək üçün ona şəxsən müraciət etmişdilər:


“Kömək istədilər, mən də bir vətəndaş kimi onların xahişinə biganə qalmadım. Vəkillər Kollegiyasından Əkbər müəllimə müraciət etdim. Hələ ki məsələ qalıb. Vəkil onlara hüquqlarını başa saldı. Özləri hansı yolu seçərlərsə, hörmətlə yanaşırıq. Amma görünən odur ki, xəstəxananın qovulan əməkdaşları məhkəməyə müraciət etmək istəmirlər”.

 

Müğənni “onlara xəstəxana tərəfindən hər hansı təzyiq ola bilərmi” sualına cavab vermək istəməyib:

“Mən bu barədə fikir bildirmək istəmirəm. Nə isə deyərəm, yanlış anlaşılar. Təzyiq var, yoxdur özləri bilər”.


Müğənni Afət Fərmanqızının Nəsiminin “Sığmazam” qəzəlinin sözlərinə oxuduğu "Pəncu şeş" adlı qalmaqallı mahnıya məzəli videorolik hazırlayan Şəki Mərkəzi Xəstəxanasının beş əməkdaşı işdən qovulub. Səhiyyə Nazirliyi faktı təsiqləyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir