Modern.az

Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ

Milli Məclisin növbəti iclasının GÜNDƏLİYİ

18 Mart 2019, 15:13

Martın 29-da  Milli  Məclisin növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 26 məsələ daxildir.

Bunu Modern. az-a açıqlamasında  Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

 

O bildirib ki, bir çox qanunlara dəyişiklik nəzərdə tutulub.

 

“İlk məsələ Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları komitəsinin üzvünün seçilməsi haqqında layihədir. Sonra “Ümumi təhsil haqqında” qanun layihəsidir ki, bu da 3-cü oxunuşda müzakirəyə təqdim olunacaq"

 

Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019) yubiley medalının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında qanunda dəyişiklik edilməsidir ki, bu,  ikinci oxunuşda müzakirə olunacaq.

 

İnzibati Xətalar Məcəlləsində, Mülki Prosessual Məcəllədə, “Sığorta fəaliyyəti haqqında” qanunda,  Cinayət Məcəlləsində, “Telekomnukasiya haqqında" qanunda dəyişikliklər üçüncü oxunuşda  müzakirə ediləcək. 

 

Bundan başqa Azərbaycan Respublikasının Prezidenti  və Belarus  Respublikasının Prezidentinin birgə bəyanatının təsdiq edilməsi gözlənilir.

 

Vergi  Məcəlləsi, Hesablama Palatası, banklar, Konstitusiya Məhkəməsi, daşınmaz əmlakın dövlət reyestri , dövlət rüsumu, Əmək Məcəlləsi, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik nəzərdə tutulur.

“Mediasiya haqqında” qanun layihəsi  isə birinci  oxunuşda müzakirəyə çıxarılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir