Modern.az

Nursultan Nazarbayev istefa verdi

Nursultan Nazarbayev istefa verdi

Ölkə

19 Mart 2019, 17:12

Qazaxıstan prezidenti Nursultan Nazarbayev istefa verib.

 

Modern.az xəbər verir ki, o, bu barədə xalqa müraciəti zamanı deyib. Çıxışın anonsu bütün informasiya agentliklərinə təqdim olunub.


"Mən prezident səlahiyyətlərimi dayandırmaq haqqında çətin qərar vermişəm"-deyə o televiziya vasitəsilə çıxışında deyib.


Nazarbayev yeni seçkilərə qədər prezident səlahiyyətlərini parlament Senatının rəhbəri Kasım-Jomart Tokayevin icra edəcəyini bildirib.

 

Xatırladaq ki, 78 yaşlı Nazarbayev 1990-cı ildən Qazaxıstana rəhbərlik edir. 2015-ci ildə o, beşinci müddətə prezident seçilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür