Modern.az

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi

Nursultan Nazarbayev istefasını Putinlə müzakirə etdi

Dünya

19 Mart 2019, 22:36

Qazaxıstan prezidenti Nursultan Nazarbayev çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb və dövlət başçısı səlahiyyətlərini dayandırması haqda qərarını onunla müzakirə edib.

Modern.az xəbər verir ki, prezidentin mətbuat xidməti məlumat yayıb: “Dövlət başçıları Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin səlahiyyətlərinin icrasını 20 mart 2019-cu il tarixindən dayandırmasına dair qərarı barədə danışıblar”.

Qeyd olunub ki, prezidentlər gələcəkdə müntəzəm təmasları davam etdirmək barədə razılığa gəliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi