Modern.az

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik  etdi: Sizin sevginiz ən böyük güc və ilham mənbəyimizdir

Mədəni̇yyət

19 Mart 2019, 23:57

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Modern.az xəbər verir ki, Birinci vitse-prezidentin rəsmi "İnstagram" hesabında dərc olunan təbrikdə deyilir:

 

"Əziz dostlar! Səmimi təbriklərinizə, xoş arzularınıza, sevgi və dəstəyinizə görə sizin hər birinizə öz adımdan və Prezidentin adından dərin minnətdarlığımı bildirirəm!

 

Biz sizin xoş münasibətinizi daim hiss edirik və məhz sizin sevginiz bizim ən böyük güc və ilham mənbəyimizdir!

 

Böyük Azərbaycan xalqının övladlarından biri olduğuma və xalqımla birgə olduğuma görə xoşbəxtəm!

 

Bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm! Allah Vətənimizi qorusun, sülh və əmin-amanlıq bəxş etsin! Hər birinizə cansağlığı, xoşbəxtlik, tükənməz aydınlıq, xoş güzəran və sevgi arzulayıram!

 

Hamınıza dərin təşəkkürümü bildirirəm!"

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır