Modern.az

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ

Aktual

22 Mart 2019, 20:28

"Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üçün mühəndis-sahibkar seçilib".

Modern.az xəbər verir ki, bu barədə "Trend"ə şirkətdən məlumat veriblər.

 

Bildirilib ki, ICGB layihə şirkəti IGB üçün mühəndis-sahibkarın seçilməsi üzrə dövlət satınalmaları prosedurunu uğurla yekunlaşdırıb. ICGB tərəfindən təyin olunan komissiya TIBEI konsorsiumunu podratçı qismində seçib. Konsorsium əsas xidmətlər paketinə daha qənaətcil qiymət təklif edib – 5,67 milyon avro.

 

TIBEI – "Tractebel Engineering SA" (Belçika), "Tractebel Engineering SRL" (İtaliya), "INTBER GMBH" (Avstriya), "psilon Consult OOD" (Bolqarıstan) və "Engineering EAD" (Bolqarıstan) şirkətlərini özündə birləşdirən konsorsiumdur.

 

Qeyd olunub ki, mühəndis-sahibkarın seçilməsi layihənin yekunlaşdırılması üçün 3 əsas tenderdən biridir. Mühəndis-sahibkar hazırlıq mərhələsi və tikinti prosesi zamanı IGB layihəsinin reallaşdırılmasına nəzarət edən əsas müqaviləçidir.

 

Mühəndis-sahibkarın vəzifələrinə sifarişçiyə tikinti mərhələsində boru kəməri istifadəyə verilənə qədər layihənin reallaşdırımasında kömək göstərilməsi, həmçinin layihə ilə bağlı bütün əsas müqavilələrin, o cümlədən boru kəmərlərinin tədarükü, layihələndirmə və tikinti üzrə müqavilələr də daxil olmaqla idarə edilməsi daxildir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi