Modern.az

Netanyahu seçkilərdə qalib gəldiyini açıqladı

Netanyahu seçkilərdə qalib gəldiyini açıqladı

Dünya

10 Aprel 2019, 00:49

İsrailin baş naziri Benyamin Netanyahu sədri olduğu “Likud” partiyasının seçkilərdə qalib gəldiyini elan edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Netanyahu Twitter səhifəsində yazıb.

 

O, bildirib ki, “Likud”-un başçılıq etdiyi sağçılar bloku İsrail vətəndaşlarının rəğbətini qazana bilib. Netanyahu artıq bu gecə yeni hökumətin formalaşdırmasına başlayacağını bildirib. 

 

Müstəqil ekzitpollar isə qələbəni “Kaxol-Lavan” adlı müxalifət blokluna verib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!