Modern.az

Təhsil naziri şagirdin intihar hadisəsi ilə bağlı qərar verəcək - RƏSMİ  

Təhsil naziri şagirdin intihar hadisəsi ilə bağlı qərar verəcək - RƏSMİ   

10 Aprel 2019, 16:16

Aprelin 10-da Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə 4 aprel 2019-cu il tarixində baş vermiş məlum hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılmış xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi Aparatının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, iclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.



Xatırladaq ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 nömrəli tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı