Modern.az

Yurgen Klop: Məşhur məşqçinin futbol KARYERASI  

Yurgen Klop: Məşhur məşqçinin futbol KARYERASI  

11 Aprel 2019, 11:12

“Liverpul” klubunun baş məşqçisi Yurgen Klop öz xarizması, emosionallığı və Avropa futboluna gətirdiyi yeniliklərlə azarkeşlərin sevgisini qazanıb.

 

Modern.az alman məşqçinin professional fəaliyyətinə işıq salmaq qərarına gəlib.    

 

Yurgen Klop 16 iyun 1967-ci ildə Almaniyanın Ştutqart şəhərində doğulub. Onun hal-hazırda 52 yaşı var. Klopun professinal futbola gəlişi “Mainz 05” klubuyla bağlı olub. Futbolçu kimi professional liqada yalnız bu klubda oynayıb. O, futbolçu karyerasına hücumçu mövqeyində başlayıb, lakin sonra müdafiəçi kimi karyerasını davam etdirib. Klop “Mainz”də 12 il 2-ci liqada oynayıb və 337 oyuna 52 qol vurduğu qeyd olunub.

 

Klop məşqçilik karyerasına da elə bu bu klubda başlayıb. Beləki 2001-ci ildə futbolçu karyerasını bitirdiyi oyundan sonra, klubun o vaxtkı məşqçisi olan Ekhard Kratuzun əvəzinə kluba yeni baş məşqçi təyin olunub. 2001-2002 mövsümümündən başlayaraq 2007-2008 mövsümünədək  klubda fəaliyyət göstərən Klopun bir sıra nailiyyətləri olub və bunlardan biri klubda işlədiyi 4-cü ilində komandanı tarixində ilk dəfə olaraq Bundesliqaya çıxarması olub. 2006-2007 mövsümündə “Mainz” yenidən 2-ci liqaya düdüyünə görə, 2007-2008 mövsümündə də yuxarı liqaya çıxa bilmədiyinə görə müqaviləsini uzatmayıb və klubdan ayrılıb.

 

Klop özünü futbol dünyasına “Borussiya Dortmund” klubundakı uğurları ilə tanıdıb. O, ”Mainz”dən ayrıldıqdan sonra “Borussiya Dortmund” ilə 2 illik müqavilə bağlayır və  Klopun “Borussiya Dortmund”a gəlişi ilə Almaniyanın ən titullu klubu olan “Bavariya”ya bir neçə il baş ağrısı olur və bunun ilk addımı onun komandası ilə oyuna çıxdığı 100-cü oyunda, yəni 2010-2011 mövsümündə komanda 8  il aradan sonra “Bundesliqa”da 7-ci çempionluğun qazanıb. Bu çempionluqdan sonra Kloppun “Liverpul”a gedəcəyi haqda məlumatlar yayılsa da, o klubda qalacağını bildirib. Növbəti il 2011-2012 mövsümündə Bundesliqada 81 xal yığıb çempion olur və bu xala görə “Bundesliqa” rekordunu ələ alır. Həmin ildə o Almaniya kubokunuda qazanıb klub tarixində bir ildə həm liqa, həm də kuboku qazanan yeganə məşqçi olur.

 

Klub 2012-2013 mövsümündə  “Çempionlar Liqası”nın finalında “Bavariya” ilə qarşılaşıb, əsas vaxt 1-1 bitən oyunda əlavə vaxt da  “Bavariya” bir qol vuraraq 2-1 hesabı ilə qalib gəlir və Klopun komandası finalda 2-ciliklə kifayətlənir. Daha sonra o, 2018-ci ilə qədər müqaviləsi olmağına baxmayaraq, 2014-2015-ci ildə Bundesliqada uğursuz mövsüm keçirdikdən sonra vəzifəsindən ayrılır. O, klubdakı karyerasını 179 qalibiyyət, 69 bərabərlik və 70 məğlubiyyət ilə başa vurur.

 

Klop 8 oktyabr 2015-ci ildə Premyer Liqa təmsilçisi olan “Liverpul” ilə 3 illik müqavilə bağlayır. O, “Liverpul” ilə ilk tituluna “Liqa Kuboku”nda yaxınlaşır, amma finalda rəqibi olan “Mançester Siti” yə penalti zərbələrində uduzur və ikinci olur.Bundan sonra Klop 18 may 2016-ci ildə “Liverpul” ilə “Avro Liqa”nın finalına çıxıb və finaldakı rəqib İspaniyanın “Sevilya” klubu idi. Finala qədər “Liverpul” Klopun keçmiş komandası olan “Borussiya Dortmund” a qarşı möhtəşəm geri dönüş edərək yarımfinala çıxır və sonra da finalda “Liverpul” 2:1 hesabı ilə “Sevilya” uduzur. Klopun işlədiyi klublardakı final matçlarındakı uğursuzluğları bəzən ona tənqidlər gətirirdi. Bu uğusuzluğun ən sonuncusu isə “Çempionlar Liqası”nın 2017-2018 mövsümündə “Liverpul” - “R.Madrid” finalında yaşanıb. Beləki oyunda “Liverpul”un keçmiş qapıçısı Loris Kariusun kobud səhvləri finalı “Liverpul”un 3:1 hesabı ilə uduzmasına gətirib çıxardı. Klop bununla da  növbəti dəfə finalda uğur qazana bilmədi. Amma bu olanlar Klopun güclü məşqçi olmadığını göstərmirdi, çünki işlədiyi klublarda azerkeşlər və rəhbərlik hər zaman ona güvənib.

 

Nəzərinizə çatdıraq ki, bu mövsüm Klopun rəhbərliyində “Liverpul” Premyer Liqada “Mançester Siti” ilə çempionluq mübarizəsi aparır, həmçinin “Çempionlar Liqası”nda da 4/1 finalda öz mübarizəsini davam etdirir.Görəsən Klop bu il sonda  “Liverpul”da  və keçmiş komandası olan “Borussiya Dortmund”da əldə edə bilmədiyi “Çempionlar Liqası”nı komandasına qazandıra biləcəkmi?

 

Novruz Novruzlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir