Modern.az

Paşinyan: “İlham Əliyevlə konstruktiv dialoqumuz olub”

Paşinyan: “İlham Əliyevlə konstruktiv dialoqumuz olub”

11 Aprel 2019, 17:24

“Prezident İlham Əliyevlə açıq, düzgün və konstruktiv dialoqumuz olub”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyan Avropa Şurasının Parlament Assambleyasının suallarını cavablandırarkən deyib.

“Təəssüf ki, bizim münaqişənin detalları, həll mexanizmləri barədə təsəvvürlərimiz ümumi deyil, amma səmimi diskussiya atmosferi yaratmağımızın özü də yaxşı haldır”.

 

Paşinyan növbəti dəfə danışıqlar formatının dəyişdirilməsi və Qarabağın erməni icmasının danışıqlar prosesində tərəf olmasını istəyib.

“Bizim əsas hədəfimiz Azərbaycanla dialoqun davam etməsi üçün münbit şəraitin yaradılmasıdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir