Modern.az

İtaliyanın qondarma “erməni soyqırımı” ilə bağlı qərarı ədavət yaradır

İtaliyanın qondarma “erməni soyqırımı” ilə bağlı qərarı ədavət yaradır

Dünya

11 Aprel 2019, 20:50

İtaliya parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərarı tarixi həqiqətləri inkar edir və yeni ədavət toxumları səpir.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın "Twitter" səhifəsində yazıb.

 

İbrahim Kalın bildirib ki, bu addımda qərəz var: “ Türkiyə Prezidentinin tarixçilərdən ibarət birgə komissiyanın yaradılması barədə çağırışına əhəmiyyət verməyən və siyasi populizmi alovlandıran belə yanaşmanı qətiyyətlə pisləyirik”.

 

Qeyd edək ki, İtaliya parlamenti ölkə hökumətinə qondarma "erməni soyqırımı"nın tanınmasını tövsiyə edən qətnamə qəbul edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı