Modern.az

Gürcüstanda polislə toqquşma

Gürcüstanda polislə toqquşma

11 Aprel 2019, 23:56

Gürcüstanın Zuqdidi şəhərində müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) üzvləri saxlanılıb. Modern.az “Report”a istinadən xəbər verir ki, VMHP-nin şəhər meri vəzifəsinə namizədi Sanda Rulofsun keçirdiyi görüş zamanı müxalifətçilərlə polis əməkdaşları arasında qarşıdurma baş verib.

 

Polis əməkdaşları VMHP-nin mətbuat xidmətinin rəhbəri Giorgi Pataranı, partiyanın Zuqdidi təşkilatının rəhbəri Ani Tsitlidzeni xuliqanlıq faktı üzrə saxlayıb. Saxlanılanlar arasında partiyanın 2 fəalının da olduğu bildirilir.

 

Partiya üzvlərinin saxlanılmasını təxribat adlandırıb. Gürcüstanın Daxili İşlər Nazirliyi saxlanılanlarla bağlı hələ məlumat yaymayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu