Modern.az

İsrailin kosmik aparatı Aya eniş zamanı qəzaya uğradı

İsrailin kosmik aparatı Aya eniş zamanı qəzaya uğradı

Dünya

12 Aprel 2019, 00:29

İsrailin kosmik "Bereşit" aparatı Aya eniş zamanı qəzaya uğrayıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Uçuş üzrə İdarə Mərkəzinin missiya rəhbərlərindən biri xəbər verib.

 

Onun sözlərinə görə, cəhdlərə baxmayaraq aparatı yerə endirməyi bacarmayıblar.

 

Kosmik aparat fevralın 22-də ABŞ-dakı Kanaveral burnunda yerləşən kosmodromdan "Falcon 9" raketi ilə göndərilib və bir həftə əvvəl Ayın orbitinə daxil olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı