Modern.az

Daha bir ölkə hasilatı dayandırır – Neft kəskin bahalaşa bilər

Daha bir ölkə hasilatı dayandırır – Neft kəskin bahalaşa bilər

Dünya

12 Aprel 2019, 14:16

Liviya neft hasilatını dayandıra bilər. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Liviya Milli Neft Korporasiyasının prezidenti Mustafa Sanalla açıqlama verib.

 

Onun sözlərin görə, feldmarşal Halif Həftərin paytaxt Tripoliyə hücumu ölkənin energetika sektorunu ağır duruma salıb.

Korporasiya prezidenti İrana qarşı neft sanksiyaları və Venesueladakı energetik böhran fonunda Liviyada hasilatın aşağı düşməni neft qiymətlərinin 80-90 dollara qaldıra biləcəyini əlavə edib.

  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı