Modern.az

Türkiyədə terror planlaşdıran 2 PKK-çı məhv edildi

Türkiyədə terror planlaşdıran 2 PKK-çı məhv edildi

Dünya

14 Aprel 2019, 20:57

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən Zap, Avaşin-Basyan, Hakurk və Qəndil bölgələrindəki PKK düşərgələrini bombalayıb.

Modern.az Türkiyə Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, aviazərbələr nəticəsində terror təşkilatına məxsus silah anbarı və sığınacaqlar məhv edilib.

 

Digər bir rəsmi məlumata görə, Diyarbəkirin Kocaköy rayonu ərazisində keçirilmiş antiterror əməliyyatı zamanı zərərsizləşdirilən Zinarin Berxvedan ləqəbli Hacire Yılmaz və Zilan Tolhildan ləqəbli Suzan Çelikin əşyalarından əhəmiyyətli kəşfiyyat məlumatları əldə olunub. Bu məlumatlar əsasında PKK və KCK terror təşkilatlarının Konya stadionunda terror hazırladığı aşkar edilib. İstintaq nəticəsində 4 nəfər şübhəli qismində həbs edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi