Parisdəki Notr-Dam kilsəsində baş vermiş yanğın söndürülüb.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, hazırda hadisənin səbəbəi araşdırılır.
***
Fransanın paytaxtı Parisdə Notr-Dam kilsəsi yanır.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, yanğın təxminən yerli vaxtla saat 18:50-də başlayıb.
Hadisə yerinə çox sayda yanğınsöndürən briqadalar cəlb edilib. Yanğın söndürülməsi hələ ki, mümkün olmayıb.
Qeyd edək ki, Paris şəhərinin mərkəzində yerləşən katolik kilsəsi Fransa paytaxtının başlıca simvoludur. Notr-Dam Qotik üslublu kilsə 1163-1345-ci illərdə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə ucaldılıb. Kilsə yarandığı tarixdən etibarən Parisin ən simvolik memarlıq abidələrindən biri olub.